Məhəmməd Əmin Rəsulzadənin DOĞUM GÜNÜDÜR
31 Yanvar 2025
12:28 - 29 Yanvar 2025
Balakən Rayon İcra Hakimiyyəti "Azpetrol Ltd” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Manset.az Yeniavaz-a istinadən xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Müqavilənin şərtlərinə görə, "Azpetrol Ltd” Balakən Rayon İcra Hakimiyyətinə bu ilin sonuna kimi 15 min 500 manat dəyərində yanacaq satacaq.
Məlumat üçün bildirək ki, Azərbaycanda İcra hakimiyyətlərinin əksəriyyətini avtomobil yanacağı ilə "Azpetrol Ltd” ” şirkəti təmin edir.
Son zamanlar ayrı-ayrı rayonların İcra hakimiyyətləri ilə "Azpetrol Ltd” arasında Aİ-95 markalı benzinin alınması ilə bağlı aşağıdakı məbləğdə satınalma müqavilələri imzalanıb:
Balakən Rayon İcra Hakimiyyəti – 15 500 manat;
Şəki Rayon İcra Hakimiyyəti – 3 200 manat;
Səbail Rayon İcra Hakimiyyəti – 16 000 manat;
Binəqədi Rayon İcra Hakimiyyəti – 12 152 manat;
Qusar Rayon İcra Hakimiyyəti – 5 000 manat;
Lənkəran Şəhər İcra Hakimiyyəti – 9 600 manat;
Ağcabədi Rayon İcra Hakimiyyəti – 4 590 manat;
Saatlı Rayon İcra Hakimiyyəti – 9 696 manat;
Gəncə Şəhər İcra Hakimiyyəti – 19 572 manat;
Nərimanov Rayon İcra Hakimiyyəti – 6 700 manat;
Ağsu Rayon İcra Hakimiyyəti – 8 640 manat;
Mingəçevir Şəhər İcra Hakimiyyəti – 10 800 manat;
Biləsuvar Rayon İcra Hakimiyyəti – 6 720 manat.
Bunlardan başqa, Yasamal Rayon İcra Hakimiyyəti "İST” firması ilə 5 000, Sumqayıt Şəhər İcra Hakimiyyəti "Lukoil-Azərbaycan” QSC ilə 36 000, Gədəbəy Rayon İcra Hakimiyyəti "Sultan 015” MMC ilə 11 500 manatlıq müqavilə imzalayıb.
Sədərək, Ordubad və Kəngərli rayonlarının İcra hakimiyyətləri isə "HP Petrol” MMC ilə müqavilə imzlayaraq müvafiq olaraq 4 200, 6 048 və 4 200 manatlıq benzin alıblar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin