Ən dəbli məşhurun adı açıqlandı - FOTO

15:08 - 28 Yanvar 2025

Ən dəbli məşhurun adı açıqlandı - FOTO

Britaniyanın "Superdry" moda brendinin nümayəndələri ən dəbli məşhur qadının adını açıqlayıblar.

 

Manset.az xəbər verir ki, müvafiq material New York Post (NYP) saytında dərc olunub.

Bu, 35 yaşlı müğənni Taylor Swift-dir. Brendin mütəxəssisləri 2021-ci ilin dekabrından 2024-cü ilin noyabrına qədər olan dövrdə “moda”, “geyimlər” və “üslub” açar sözlərindən ibarət axtarış sorğularının sayını öyrənib və müəyyən ediblər ki, hər ay 83,2 min internet istifadəçisi pop müğənninin görünüşünə maraq göstərir.

Reytinqdə 2-ci yeri müğənni Hari Stayls tutub. Onun üslubu 20,8 min istifadəçi tərəfindən bəyənilib. 3-cü yerdə 20,7 minlə aktrisa Zendaya qərarlaşıb. Reper Kanye West və pop müğənnisi Billi Ayliş dördüncü və beşinci yerləri tutublar.

Вводная картинка


Xəbər xətti

30 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin