Sabah bu ərazilərdə qaz OLMAYACAQ
30 Yanvar 2025
14:46 - 28 Yanvar 2025
Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 28.01.25-ci il tarixində saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Manset.az xəbər verir ki, bu barədə TƏBİB məlumat verib.
Məlumatda xəsarət alan şəxslərin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir.
Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.
***
14:32
Lənkəran-Boradigah-Masallı yolunda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.
Manset.az Report.az-a istinadən xəbər verir ki, sözügedən yolun Lənkəran şəhərindəki yanacaqdoldurma məntəqələrindən birinin yaxınlığında baş verən qəzada xəsarət alanların olduğu bildirilib.
İlkin informasiyaya əsasən, sərnişin avtobusunun minik maşınının üzərinə aşması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 13 nəfər Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin