Sabah bu ərazilərdə qaz OLMAYACAQ
30 Yanvar 2025
09:44 - 28 Yanvar 2025
ABŞ-nin Meksika ilə sərhəd divarının tikintisini başa çatdırmaq üçün maliyyə qanunvericiliyinə ehtiyacı var.
Manset.az Bloomberg-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Mayamidə Respublikaçılar Partiyasının qanunvericiləri qarşısında çıxışı zamanı deyib.
“Biz Sərhəd Patrulunun şəxsi heyətinin rekord artımını tam maliyyələşdirməli, saxlanma yerlərinin sayını əhəmiyyətli dərəcədə artırmalı və sərhəd divarının tamamlanması da daxil olmaqla, Sərhəd Patrulunun bütün infrastrukturunu və maneələrini maliyyələşdirməliyik” - o, deyib.
Tramp, həmçinin, sənədləri olmayan miqrantları ölkələrinə qaytara bilməsələr də deportasiya etmək imkanı axtardığını açıqlayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin