Türkiyədə turizm bölgəsində meşədə yanğın - Ölən və yaralananlar var

15:22 - 27 İyun 2021

Türkiyədə turizm bölgəsində meşədə yanğın - Ölən və yaralananlar var

Türkiyədə Muğlanın Marmaris rayonunda meşə sahəsində yanğın baş verib.

Manset.az xəbər veri ki, turizm bölgəsi olan əraziyə yanğınsöndürənlər göndərilib.Muğla Meşə Baş İdarəsindən bildirilib ki, yanğının söndürülməsində iştirak edən İdarənin əməkdaşlarından biri həyatını itirib, 3 yanğınsöndürən yaralanıb. Muğla valisi Orhan Tavlı saat 10.35 radələrində başlayan və hələ də davam edən yanğının söndürülməsinə küləkli hava şəraitinin mane olduğunu, yanğınsöndürmə əməliyyatına ətraf rayonlardan əlavə qüvvələr, o cümlədən 10 helikopter cəlb edildiyinin bildirib. Vali hazırda yanğının nəzarət altına alındığını da açıqlayıb.  



Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin