Kaliforniya ABŞ-dan ayrılmaq istədi

14:57 - 27 Yanvar 2025

Kaliforniya ABŞ-dan ayrılmaq istədi

Kaliforniyada "Calexit" adı altında ABŞ-dən ayrılmaq üçün petisiya rəsmi qeydiyyata alındıqdan dərhal sonra imza toplamağa başlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə New York Post (NYP) məlumat yayıb.

"Əgər petisiya qəbul olunarsa, təklif olunan tədbir - "Calexit" (Böyük Britaniyada Brexit səsverməsinə istinad) 2028-ci ildə səsverməyə çıxarılacaq və seçicilərdən soruşacaq: "Kaliforniya ABŞ-dan ayrılıb azad və müstəqil ölkə olmalıdırmı? ", - nəşr qeyd edir.

Üstəlik, referendumla bağlı təşəbbüs irəli sürmək üçün seçicilərin ümumi sayının 50%-dən çoxunu toplamalıdır. Əksəriyyət ABŞ-ni tərk etməyə səs versə belə, ilk növbədə belə bir qərarın nəticələrini təhlil etmək və rəsmi hesabat dərc etmək üçün xüsusi komissiya çağırılacaq.


Xəbər xətti

29 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin