Bu gün Azərbaycanda bələdiyyə seçkiləri KEÇİRİLƏCƏK
29 Yanvar 2025
14:14 - 27 Yanvar 2025
Orqanizmdən asılı olaraq heç də hamı xəstəliyi “ayaq üstə” keçirə bilmir. İnfeksion xəstəliklə yanaşı, digər narahatlıqlar çalışanları işdən qalmağa vadar edir. Bu məsələ işçilərə həmin günlər üzrə ödənişi aktuallaşdırır.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qanunvericiliyə görə, məcburi dövlət sosial sığortası üzrə ödəniş edən şəxslərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ var. Bu hüquq azı 6 ay iş stajı olan şəxslərə şamil edilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin olunur.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sığorta olunana müavinət aşağıdakı hallarda verilir:
- Xəstəlik və zədə nəticəsində əmək qabiliyyəti müvəqqəti itirildikdə;
- Sanatoriya-kurort müalicəsi zamanı;
- Xəstələnmiş ailə üzvlərinin qulluğa ehtiyacı olduqda;
- Epidemioloji hallarda karantin zamanı;
- Vərəm və peşə xəstəlikləri ilə əlaqədar müvəqqəti olaraq başqa işə keçirildiyi zaman;
- Protez hazırlandığı müddətdə protez-ortopedik müəssisənin stasionarına yerləşdirildikdə və digər hallarda.
Gəlirin 100 faizi:
- 12 il və daha çox sosial sığorta stajı olan işçilərə;
- İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə;
- Əfqanıstan müharibəsində, 20 Yanvar faciəsi zamanı xəsarət almış şəxslərə, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı zərər çəkənlərə;
Ətraflı
- Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində iştirak edən şəxslərə, bu zaman həlak olanların, ölənlərin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına, habelə bu hadisələrdə iştirak edən hərbi qulluqçuların (o cümlədən müddətli xidmət hərbi qulluqçularının) arvadlarına;
- Xidməti vəzifələrinin icrası zamanı həlak olan, ölən ədliyyə, miqrasiya və fövqəladə hallar orqanları işçilərinin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına;
- Qanyaradıcı orqanların, qalxanvari vəzinin, bəd xasiyyətli şişlərin xəstəliyi zamanı;
- Əmək qabiliyyətini postvaksinal fəsadla əlaqədar itirən vətəndaşlara;
- Hemofiliya və talassemiya irsi qan xəstəliyi olan şəxslərə;
- Qan və qan komponentlərinin donorluğu funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərə;
- Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) arvadlarına, məcburi köçkünlərə və vərəm xəstəliyinə tutulmuş şəxslərə.
Bundan başqa, hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəli şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sosial sığorta stajından asılı olmayaraq aylıq təminat xərcliyinin 100 faizi miqdarında verilir.
Gəlirin 80 faizi miqdarında:
- 8 ildən 12 ilə qədər sosial sığorta stajı olan işçilərə;
- 21 yaşına çatmamış və 5 ilədək sosial sığorta stajı olan ata-anasız yetim uşaqlara;
Gəlirin 60 faizi miqdarında:
- 8 ilədək sosial sığorta stajı olan işçilərə;
Alınan göstərici gündəlik əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə müavinətin ümumi məbləği tapılır.
Məsələn, işçi 21.01.2025-ci il tarixindən 24.01.2025-ci il tarixinə kimi xəstələndiyi üçün əmək qabiliyyətini müvəqqəti itirib. Bu halda əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə müavinətin məbləğini hesablayaq.
5 il sığorta stajı olan işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində 4 iş günü var. Əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 ayda (2024-cü ilin Yanvar-Dekabr ayları) 239 iş günü var. Bu müddət ərzində işçinin gəlirinin 13 500 manat olmasını nəzərə alanda günlük qazancı 56,96 manat təşkil edir. 5 il iş stajı halında bir gün üçün müavinətin məbləği 34,18 manat, 4 gün üçün isə 136,72 manat olacaq.
Şəxsin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 ayda əmək fəaliyyəti olmayıbsa, minimum əməkhaqqının məbləğinin həmin aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.
Eyni zamanda məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda gəlir məbləğinə daxil edilmir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin