Daha bir ölkə Trampla Putinin görüşünə ev sahibliyi etməyə hazırdı

14:01 - 27 Yanvar 2025

Daha bir ölkə Trampla Putinin görüşünə ev sahibliyi etməyə hazırdı

Hindistan Ukraynadakı münaqişənin həlli üçün Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın görüşünə yardım etməyə hazırdır.

 

 Manset.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Hindistanın Rusiyadakı səfiri Vinay Kumar 'Valday" Beynəlxalq Diskussiya Klubunun Rusiya-Hindistan konfransı çərçivəsində deyib.

"Hindistan lazım gələrsə, bu prosesi asanlaşdırmağa hazırdır", - səfir Nyu Dehlinin Putin və Tramp arasında mümkün görüş üçün platforma təqdim etməyə hazır olub-olmaması ilə bağlı jurnalistin sualına cavab verib.

Kumar Hindistanın Rusiya-Amerika münasibətlərinin normallaşmasında maraqlı olduğunu da vurğulayıb. Onun fikrincə, “dünya səhnəsində belə əsas oyunçular arasında dialoq lazımdır”.


Xəbər xətti

29 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin