Bu gün Azərbaycanda bələdiyyə seçkiləri KEÇİRİLƏCƏK
29 Yanvar 2025
13:56 - 27 Yanvar 2025
Berlinin ictimai nəqliyyatı tətilə görə dayandırılıb.
Manset.az xəbər verir ki, bu barədə BVG əməliyyat şirkətinin saytında məlumat verilib.
Tətilin səbəbi Ver.di həmkarlar ittifaqının bütün şirkət işçilərinin əmək haqqının 750 avro artırılması və Milad bayramı bonusu olaraq 13-cü maaşın verilməsi tələbi ilə bağlıdır. Şəhərdə tramvay və metro tamamilə fəaliyyətini dayandırıb, əksər avtobus marşrutları da fəaliyyət göstərmir. Tətil yerli vaxtla saat 15:00-a qədər (Bakı vaxtı ilə 18:00) davam edəcək.
Bəzi avtobuslar, regional qatarlar, şəhər qatarları və bərələr işləyir.
Şirkət vətəndaşlara xəbərdarlıq edib: “Xəbərdarlıq tətili bitdikdən sonra bir neçə saat ərzində nəqliyyatın hərəkəti nizamsız ola bilər”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin