Lukaşenko Polşaya müraciət etdi

12:57 - 27 Yanvar 2025

Lukaşenko Polşaya müraciət etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Polşanı ölkəsinə qarşı sanksiyaları ləğv etməyə çağırıb.

 

Manset.az bildirir ki, bu barədə “İnterfaks” xəbər verir.

Dövlət başçısının sözlərinə görə, polyaklar həmişə “burada” belaruslarla, ruslarla və pribaltlarla yaşayacaqlar. Eyni zamanda o, Polşanın Litva və Ukrayna ilə o qədər də yaxşı münasibətlərinin olmadığını bəyan edib.

“Biz bunu görürük. Bu nəyə lazımdır? ABŞ-nin Avropada müdafiə strukturu olmaq istəyirsiniz? Çox ayıbdır. Polyaklar bu siyasəti dəstəkləməyəcəklər” - — siyasətçi yanvarın 26-da Belarusda keçirilən prezident seçkilərində səsvermədən sonra mətbuat konfransında bildirib.

Lukaşenko qeyd edib ki, əgər Polşa “hər şeyin yaxşı olmasını” istəyirsə, o zaman Belarusa qarşı sanksiyaları ləğv etməlidir. O, həmçinin Varşavanı Minsklə əməkdaşlığa çağırıb.


Xəbər xətti

28 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin