Dələduzluğa görə tutulan sabiq hakim azadlığa çıxdı

12:03 - 27 Yanvar 2025

Dələduzluğa görə tutulan sabiq hakim azadlığa çıxdı

Dələduzluqda təqsirli bilinərək 4 il 6 aylıq həbsə məhkum edilmiş keçmiş məhkəmə hakimi Lətif Nəbiyev vaxtından əvvəl azadlığa buraxılıb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsi belə qərar qəbul edib.

Məhkum şəxs hökm qanuni qüvvəyə minəndən sonra zərərçəkmişlərə dəymiş ziyanı tam ödəyib, onlarla barışıq əldə edib. Bundan əlavə, cəzadan azad edilmək üçün dövlət büdcəsinə ziyanın 25 faizi qədər ödəniş də edib.

Hakim Emin Rüstəmov bunu nəzərə alaraq qanunun müvafiq maddəsinə əsasən qərar verib. 

Qərara əsasən, Lətif Nəbiyev vaxtından əvvəl cəza çəkmədən azad edilib. O, cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, L.Nəbiyev Bakı Apellyasiya Məhkəməsinin və Suraxanı Rayon Məhkəməsinin hakimi işləyib. Bir neçə nəfərin kü


Xəbər xətti

28 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin