23 yaşlı qız qızdırma dərmanından komaya düşdü

11:44 - 27 Yanvar 2025

23 yaşlı qız qızdırma dərmanından komaya düşdü

Həkim təyinatı olmadan qəbul etdiyi dərmandan zəhərlənərək komaya düşən şəxs sağalıb.

 

Manset.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz (KTM) məlumat yayıb. 

Bildirilib ki, hadisə ötən il, dekabr ayının 31-də baş verib.

Belə ki, 23 yaşlı qız Masallı rayonundan dərmandan zəhərlənmə səbəbi ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Xəstəyə qaraciyər hüceyrə çatışmazlığı və meninqoensefalit diaqnozları qoyulub.

Məlum olub ki, pasiyent yüksək hərarəti olduğu üçün həkim nəzarəti olmadan, gün ərzində həddindən artıq qəbul etdiyi hərarətsalıcı dərmanlardan zəhərlənib. 1 həftə komada, 5 gün huşu soporoz vəziyyətdə qalan xəstənin vəziyyəti stabilləşib. 

1 aya yaxın davam edən stasionar müalicə prosedurlarından sonra vəziyyəti qənaətbəxş olduğu üçün hepatoloqun nəzarəti altında ambulator müalicə üçün evə buraxılıb.


Xəbər xətti

28 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin