“Birbank”a nə olub? - Rəsmi açıqlama
28 Yanvar 2025
10:38 - 27 Yanvar 2025
"Real Madrid"də Kriştiano Ronaldunun komanda yoldaşı olmuş futbolçu Emmanuel Adebayor portuqaliyalının məşqə 3-4 saat tez gəldiyini bildirib.
Manset.az bu barədə Goal-a istinadən xəbər verir.
“Məşq saat 10:30-da başlayıb, o, 7:30-da gəlir. Üç-dörd saat əvvəl. Baxmaq sadəcə inanılmazdır. Mükəmməl bir nümunə. O, həmişə ən yaxşı olmaq istəyir", - Adebayor bildirib.
Ronaldu ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və 2023-cü ilin yanvarından "Əl-Nəsr"in hücumçusu olub. Ümumilikdə o, komandanın heyətində bütün turnirlərdə 90 oyun keçirib, 81 qol vurub.
Futbolçunun komanda ilə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna kimidir. Artıq mediada tərəflərin əmək müqaviləsinin uzadılması ilə bağlı razılığa gəldiyi bildirilir. Yeni müqavilənin şərtlərinə görə, Ronaldu klubun 5%-lik səhminin sahibi olacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin