“Birbank”a nə olub? - Rəsmi açıqlama
28 Yanvar 2025
10:28 - 27 Yanvar 2025
İspaniyanın "Barselona" klubu baş məşqçi Hans Flikin rəhbərliyi altında öz rekordunu yeniləyib.
Manset.az xəbər verir ki, komanda tarixində ikinci dəfə 100 qol həddinə çatıb.
Bu, ötən gün La Liqanın 21-ci turunda "Valensiya"ya qarşı oyunda reallaşıb. 7:1 hesablı qələbə qazanan Kataloniya təmsilçisi 100 (101) qol həddini məhz bu oyunda keçib. Beləliklə "Barselona" XXI əsrdə bir mövsüm ərzində 100 qol vuran ilk komanda olub.
Bunun üçün komandaya 32 oyun lazım olub.
Qeyd edək ki, yalnız Elenio Erreranın komandası 100 qolu daha tez - 1958/1959 mövsümündə 31 oyunda vurmuşdu.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin