Onlayn satılan yarımfabrikat qutab, gürcü xəngəli - Sağlamlığa təhlükə var?

23:40 - 26 Yanvar 2025

Onlayn satılan yarımfabrikat qutab, gürcü xəngəli - Sağlamlığa təhlükə var?

Son zamanlar sosial şəbəkələrdə yarımfabrikat qidalar satışa çıxarılır.

 

Manset.az Xəzər TV-yə istinadən xəbər verir ki, bunların arasında düşbərə, qutab, gürcü xəngəli və digər məhsullar yer alır.

Paytaxtda apardığımız sorğu zamanı bu qidaların keyfiyyət baxımından yaxşı olduğunu deyənlər də, əksini iddia edənlər də oldu.

Qida eksperti Məhsəti Hüseynova isə deyir ki, yarımfabrikat qidalar sürətli və rahat istehlak üçün nəzərdə tutulub. Onların istehsalı və saxlanması zamanı gigiyena standartlarına əməl edilməməsi ciddi sağlamlıq riskləri yarada bilər.

Ekspert onu da bildirib ki, sosial şəbəkələrdə satılan yarımfabrikat qidaların hamısı ziyanlı deyil. Təmiz şəraitdə hazırlanan kifayət qədər qidalar da var. Bunun üçün həm istehsalçılar, həm də istehlakçılar gigiyenik qaydalara ciddi riayət etməli, məhsulun keyfiyyətinə və təhlükəsizliyinə önəm verməlidirlər.

Ətraflı videomaterialda:


Xəbər xətti

27 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin