Prezidentdən onların əməkhaqları ilə bağlı FƏRMAN
27 Yanvar 2025
19:40 - 26 Yanvar 2025
"İlk hissədə komandadan narazı qaldım. Ümumiyyətlə oyunçular verilən tapşırıqları yerinə yetirə bilmədilər".
Manset.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Araz-Naxçıvan"a 1:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XX turunun oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis hücum yaratmaqda problemlərinin olduğunu bildirib:
"Bunlar əvvəldən də var idi. Bizim üçün sönük oyun alındı. Futbolçular istədiyimizi və verilən tapşırıqları yerinə yetirə bilmədilər. İkinci yarıda bunları dəyişməyə çalışdıq. Alındı, qol epizodlarımız da oldu. Amma fərqlənə bilmədik".
Abasov təcrübəli oyunçuların bəzi səhvlər etdiyini söyləyib: "Çətinliklərimiz var. Bunların öhdəsindən hələlik gələ bilmirik, həll etməkdə çətinlik çəkirik. Ümid edirəm ki, danışıq apardığımız oyunçuları gətirə biləcəyik. Bəlkə nələrisə dəyişək. Artıq tam gücümüzü ölkə kubokuna verəcəyik. Amma bu o demək deyil ki, çempionat matçına məğlubiyyət üçün çıxacağıq".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin