Prezidentdən onların əməkhaqları ilə bağlı FƏRMAN
27 Yanvar 2025
18:20 - 26 Yanvar 2025
“Ermənistan Avropa İttifaqı ilə təhlükəli oyunlara başlayıb. Onu (red. - Nikol Paşinyanı) orada sakitləşdirin, Ermənistanı məhv edəcək”.
Manset.az BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən deyib.
“O, həm də Rusiyanı özünə qarşı qoyur. Balaca ərazisi ilə mühasirəyə alınıb. İndi Avropa Birliyi orada ona nəsə kömək etməyə başlayacaq. Bu səbəbdən onu sakitləşdirmək lazımdır. Qafqazda müharibəyə yol vermək olmaz”,
Lukaşenko Ermənistan rəhbərliyinin Belarusa qarşı incikliyindən də danışıb:
“Azərbaycanı dəstəklədiyim üçün məndən inciyirlər. Mən həmişə sağlam düşüncənin, müharibə olmamasının tərəfdarı olmuşam ki, bir-birimizlə vuruşmayaq. Faktiki olaraq Azərbaycan və Ermənistan liderləri arasında vasitəçi kimi çıxış edərək ərazi mübahisəsinin sülh yolu ilə həllinə yardım etməyə çalışırdım. Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi əməkdaşlıq və investisiyalar təklif etdi. Əliyevin Ermənistanla döyüşmək məqsədi belə yox idi”.
“Baş verənlər Ermənistan rəhbərliyinin günahıdır. Yalnız onların günahı var. Üstəlik, Ermənistanın Baş naziri Nikol Paşinyan özü də bəyanatlarında Azərbaycanın ərazi iddialarını etiraf edib”, - Belarus lideri vurğulayıb
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin