Belarusda prezident seçkiləri baş tutmuş elan edildi

15:10 - 26 Yanvar 2025

Belarusda prezident seçkiləri baş tutmuş elan edildi

Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkilərində səs verib, seçkilər baş tutub.

 

Manset.az xəbər verir ki, bu barədə MSK sədrinin müavini Aleksey Başan bildirib.

Son məlumata görə, seçici iştirakı 56,64 % təşkil edib.

Hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun rəqibləri Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, sahibkar Anna Kanopatskaya, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov və Əmək və Ədalət Respublika Partiyasının sədri Aleksandr Xindyardır.

2020-ci il prezident seçkilərində seçici fəallığı 84,28 faiz təşkil edib ki, bunun da 41,70 faizi vaxtından əvvəl səs verib. Həmin vaxt səsvermədə iştirak edən seçicilərin 80,10 %-i A.Lukaşenkoya səs verib.


Xəbər xətti

27 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin