Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktından 2 il ötür
27 Yanvar 2025
11:52 - 26 Yanvar 2025
Bir gündə Salyan rayonunun meşə fondu torpaqlarında 5 mindən çox ağac əkilib.
Manset.az xəbər verir ki, ölkə ərazisini əhatə edən meşəbərpa tədbirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Salyan rayon icra hakimiyyətinin rəsmilərinin, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarəsinin əməkdaşlarının iştirakı ilə Salyan rayonunun meşə fondu torpaqlarında keçirilib.
Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib ki, bir gün ərzində Salyan meşəbəyliyinin 4 hektar ərazisində 5 mindən artıq ağcaqayın, göyrüş və iydə ağacı əkilib.
O qeyd edib ki, növbəti günlərdə də ölkə ərazisinin meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam etdiriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin