“Azneft” dairəsində maşın yandı: Yolda sıxlıq yarandı - FOTO/VİDEO
27 Yanvar 2025
13:40 - 26 Yanvar 2025
ABŞ prezidenti Donald Tramp yaxın 30 gün ərzində ABŞ-da TikTok sosial şəbəkəsinin taleyi ilə bağlı qərar vermək niyyətindədir.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Donald Tramp media nümayəndələrinə açıqlama verib.
“Bir çoxu mənimlə TikTok-la bağlı məsələni müzakirə edir, bunlar çox vacib insanlardır. Yəqin ki, yaxın 30 gün ərzində qərar verəcəm. Bunu etmək üçün 90 günüm var, Konqres mənə 90 gün vaxt verib. Biz bəlkə TikTok-u xilas edə bildik, məncə bu yaxşı olardı. Biz bunda çox maraqlıyıq və ABŞ bundan çox faydalanacaq” – Tramp bunu jurnalistlərlə söhbətində deyib.
“Bildiyiniz kimi, mənim hüququm var ki, ölkəmiz üçün nəyin yaxşı olub olmamasından asılı olaraq onu satım və ya bağlayım. Bu, platforma uşaqlar və bəzi valideynlər tərəfindən sevilir və çox məşhurdur. Onu xilas edə bilsək, əla olar. Düşünürəm ki, bu məsələ iqtisadi baxımdan Amerika üçün yaxşı olardı” – o deyib.
***
10:12
ABŞ prezidenti Donald Trampın administrasiyası TikTok sosial şəbəkəsinə nəzarəti Amerikanın “Oracle” şirkətinə ötürəcək plan üzərində işləyir.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə şənbə günü ABŞ Milli İctimai Radiosu (NPR) məlumat yayıb.
“Hazırda Ağ Ev tərəfindən müzakirə edilən sövdələşməyə əsasən, Çində yerləşən “ByteDance” şirkətdə payını saxlayacaq. Proqramın alqoritmləri, məlumatların toplanması və proqram təminatının yenilənməsi isə artıq TikTok-un onlayn infrastrukturunun əsasını təmin edən “Oracle” tərəfindən idarə olunacaq”, - məlumatda deyilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin