4 ölkə Fələstindən deportasiya olan məhbusları qəbul etməyə hazırdır

23:20 - 24 Yanvar 2025

4 ölkə Fələstindən deportasiya olan məhbusları qəbul etməyə hazırdır

Əlcəzair, Tunis və Türkiyə Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində İsrail həbsxanalarından buraxıldıqdan sonra Fələstindən deportasiya oluna biləcək məhbusları qəbul etməyə hazırdır.

 

Manset.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanala danışan mənbənin sözlərinə görə, bu dövlətlər Fələstindən qovulan məhbusların qəbuluna ilkin razılıq veriblər. Mənbə konkret olaraq hansı məhbuslardan söhbət getdiyini və onların nə vaxt azadlığa buraxılmalı olduğunu açıqlamayıb.

Qeyd edək ki, “Əl Ərəbiyə” telekanalı yanvarın 14-də bildirib ki, İsrail Fələstinin tanınmış simalarının, o cümlədən 2024-cü ilin oktyabrında öldürülən Həmas lideri Yəhya Sinvarın kiçik qardaşı Məhəmmədin və bir neçə məhbusun Qəzza zolağından çıxarılması üçün vasitəçilərlə danışıqlar aparır.


Xəbər xətti

25 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin