Bu dəfə AQTA-nın özündə nöqsanlar aşkarlandı - Rəsmi
25 Yanvar 2025
20:50 - 24 Yanvar 2025
202-ci ildə karantin rejimi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi. Karantin rejiminin pozulması ilə bağlı qanunvericilikdə həm inzibati, həm də cinayət məsuliyyəti tətbiq olunmağa başladı. Bu qanunları pozan fiziki şəxslər 100 manatdan 200 yüz manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək cərimələnir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq olunurdular.
Həmin vaxtdan artıq xeyli vaxt keçsə də, qaydalara əməl etməyənlərin cəriməsi hələ də sistemdə görünür. Nəzərə alsaq ki, hər ilin mart və ya may ayında əfv sərəncamları imzalanır, bəs pandemiya cərimələri də əfv oluna bilər?
Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, hBu barədə Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev açıqlamasında bildirib ki, əfvolunma yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müxtəlif müddətlik cəza tətbiq olunmuş şəxslərə aid edilə bilər:
“Amma Əfvetmə haqqında Əsasnamədə inzibati tənbeh tədbirləri tətbiq edilən şəxslərə barədə hər hansı bir norma yoxdur. Əfvetmə haqqında Əsasnamədə bütövlükdə əfvin yalnız məhkum edilmiş şəxslərə münasibətdə tətbiq edilməsi var. Eyni yanaşma Azərbaycan Respublikasının Konstitusiyası, Cinayət Məcəlləsində də var. Ola bilsin ki, bütövlükdə pandemiya dövründə inzibati tənbeh tədbirləri tətbiq edilmiş və cəriməni indiyədək ödəməyən şəxslərlə bağlı Prezidentin ayrıca fərmanı olar və yaxud Milli Məclis tərəfindən amnistiya da qəbul edilə bilər”.
Hüquqşunas qeyd edib ki, bu məsələlər Əfv Komnissiyasının səlahiyyətində deyil:
“Çünki orada söhbət hüquqlardan gedir. O şəxslər ki, Cinayət Məcəlləsinin 139-1 maddəsində nəzərdə tutulmuş karantin rejimlərini pozublar, həmin maddə ilə məhkum edilmiş şəxslərə münasibətdə əfv tətbiq oluna bilər. Amma pandemiya qaydalarının pozulması ilə bağlı inzibati qaydada tənbeh tədbirləri tətbiq edilibsə, onlara münasibətdə əfv tətbiq oluna bilməz. Həmin vətəndaşlar həmin cəriməni ödəməlidirlər”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin