Bu dəfə AQTA-nın özündə nöqsanlar aşkarlandı - Rəsmi
25 Yanvar 2025
17:41 - 24 Yanvar 2025
Kafeyə gedərkən avtomobilini dayanacaq əyləcinə basmağı unudan şəxs avtomobilin dənizə yuvarlanmasına səbəb olub.
Manset.az xəbər verir ki, hadisə Hollandiyanın Amsterdam şəhərinin yaxınlığında baş verib.
Sürücü limanın düz yanında parklanıb. O, maşından düşüb və qapını çırpan kimi maşın yuvarlanmağa başlayıb. Təəssüf ki, o, arxaya baxmayıb və kafenin girişinə tərəf gedib.
Avtomobilin suya düşdüyü anı müşahidə kamerası qeydə alıb .
Əvvəlcə insanların zərər çəkə biləcəyindən narahatlıq yaranıb, lakin tezliklə içəridə heç kimin olmadığı məlum olub.
Avtomobil tamamilə su altında qalıb və mütəxəssislər tərəfindən qaldırılıb.
Avtomobil sığortası adətən bu cür qəzaları tam əhatə etmir, beləliklə, sürücünün böyük maliyyə itkiləri ilə üzləşməsi ehtimalı var. Həmçinin, avtomobilin sudan qaldırılması xidməti çox baha başa gələ bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin