"Əgər Rusiya müharibəni tez bitirməsə, ABŞ ona qarşı ən sərt sanksiyaları tətbiq edəcək"

15:33 - 24 Yanvar 2025

Əgər Rusiya müharibəni tez bitirməyə razı olmasa, ABŞ ona qarşı ən sərt sanksiyaları və tarifləri tətbiq edəcək.

 

Manset.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

Lakin Tramp qeyd etdiyi kimi, bu, arzuolunmaz hadisədir.

"Amma mən bunu etmək istəməzdim. Mən rusları sevirəm, onlar böyük insanlardır", - o, deyib.

Tramp tezisini təkrarlayıb ki, 2022-ci ildə prezident olsaydı, Rusiya Ukraynaya qarşı müharibəsi başlamazdı. 

O əlavə edib ki, Ukrayna həmişə Putinin hədəfində olub, lakin o, 4 il ərzində hücuma keçməmişdi.


Xəbər xətti

25 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin