Sosial şəbəkə hesabı olan nazirlər - Ən çox izləyicisi olanlar kimlərdi?
24 Yanvar 2025
12:12 - 24 Yanvar 2025
“BP-Azərbaycan” şirkəti Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağında yeni platforma inşa etməyi planlaşdırır.
Manset.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, yeni platformanın tikintisi layihəsi gələn həftə ictimaiyyətə təqdim ediləcək və fevralın üçüncü həftəsində platformanın tikintisinin ətraf mühitə təsirinin qiymətləndirilməsi hesabatı ilə bağlı ictimai dinləmələr keçiriləcək.
"Yekun maliyyə qərarı (FID) bu il qəbul ediləcək", - T. Bayatlı bildirib.
“BP-Azərbaycan”nın mətbuat xidmətinin rəhbəri əlavə edib ki, platforma insan iştirakı olmadan fəaliyyət göstərəcək. "Alpha” və “Bravo” platformalarından aşağı təzyiqli qaz burada toplanacaq və təzyiq artdıqdan sonra Səngəçal terminalına yönləndiriləcək", - o əlavə edib.
T.Bayatlının sözlərinə görə, platformanın tikintisi üçün milyardlarla investisiya tələb olunacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin