Sosial şəbəkə hesabı olan nazirlər - Ən çox izləyicisi olanlar kimlərdi?
24 Yanvar 2025
11:29 - 24 Yanvar 2025
Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin “qara qutuları” Braziliyada tamamilə oxunub və Qazaxıstana qaytarılıb.
Manset.az xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
O qeyd edib ki, təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq.
Bozumbayev bildirib ki, Qazaxıstan, Azərbaycan və Rusiyadan olan ekspertlərlə yanaşı, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) nümayəndələri də istintaqa qoşulub.
"Aviasiya orqanları qəzanı bir aydır ki, ICAO standartlarına uyğun olaraq araşdırır. Təxminən 17-18 nəfər Rusiya Federasiyası, Azərbaycan və Qazaxıstandan olan ekspertlərdir. Ümid edirik ki, ilkin hissə gələn həftə dərc olunacaq”, - deyə Bozumbayev vurğulayıb.
O, həmçinin əlavə edib ki, təyyarə qəzasından sonra cinayət işi açılıb, ballistik və partlayıcı texniki ekspertiza təyin edilib. "Təhlükəsizlik qüvvələrimiz sıx təmasda işləyir”, - deyə Bozumbayev bildirib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin