Cərimələrdən gələn vəsait işıqforlar üçün xərclənəcək - QƏRAR

10:47 - 24 Yanvar 2025

Cərimələrdən gələn vəsait işıqforlar üçün xərclənəcək - QƏRAR

“Yol hərəkəti haqqında” qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslərin ödədiyi cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması qaydasında dəyişiklik edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, qərarla cərimələrdən daxil olan vəsait yol hərəkətinin nizama salınmasında istifadə olunan svetoforlarla bağlı xərclərin ödənilməsinə də yönəldiləcək.


Xəbər xətti

24 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin