Kamran Əliyev 2 prokurora yüksək vəzifə verdi - FOTO
24 Yanvar 2025
10:00 - 24 Yanvar 2025
UEFA Avropa Liqasının Liqa mərhələsində 7-ci turunun "Mançester Yunayted" və "Reyncers" komandalarının qarşılaşdığı oyun başa çatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, oyun Mançesterdəki “Old Trafford” stadionunda baş tutub. Qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
"Mançester Yunayted"in müdafiəçisi Mateys de Liqt 23-cü dəqiqədə hesabı açıb, lakin VAR yoxlamasından sonra qola icazə verilməyib. “Reyncers”in qapıçısı Cek Batlend 52-ci dəqiqədə avtoqolla yadda qalıb. “Reyncers”in hücumçusu Siril Dessers 88-ci dəqiqədə bərabərliyi bərpa edib. 90+2-ci dəqiqədə yarımmüdafiəçi Bruno Fernandes "Mançester Yunayted"a qələbə qazandıran qola imza atıb.
Avropa Liqasının Liqa mərhələsinin 8-ci final turunda "Mançester Yunayted" Rumıniyanın “Styaua” klubu ilə qarşılaşacaq. Oyun yanvarın 31-də baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Öz növbəsində “Reyncers” Belçikanın "Union" klubu ilə görüş keçirəcək. Görüş yanvarın 31-də Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin