ChatGPT çat-botunun işində problem yarandı

23:47 - 23 Yanvar 2025

ChatGPT çat-botunun işində problem yarandı

Bu gün axşam saatlarında ChatGPT çat-botu və OpenAI API sistemlərində qlobal nasazlıq baş yaranıb.

 

Manset.az xarici agentliklərə istinadən xəbər verir ki,Bakı vaxtı ilə saat 19.33 radələrində qeydə alınan problem indi aradan qaldırılmış elan edilib, lakin heç də bütün istifadəçilərin xidmətləri normal işləmir.

Qəza zamanı chatbotun ana səhifəsində xəta mesajı göstərilib: "Söhbətə başlamaq mümkün deyil" və botla qarşılıqlı əlaqə yaratmağa cəhd edərkən, bu mətn görünür: "Cavab hazırlayan zaman nəsə xəta baş verdi. Bu problem davam edərsə, help.openai.com ünvanındakı yardım mərkəzimiz vasitəsilə bizimlə əlaqə saxlayın."

Bəzi istifadəçilər platform.openai.com saytındakı OpenAI platformasına daxil olmaqda da problemlərlə üzləşiblər.

Dünyanın hər yerindən, o cümlədən ABŞ, Kanada, Böyük Britaniya, Danimarka, Rusiya və digər ölkələrdən kəsintilər barədə xəbərlər gəlib.
OpenAI öz səhifəsində bəyanat dərc edərək problemi rəsmi olaraq etiraf edib. O, ChatGPT və OpenAI API sistemlərinin işində "yüksək səviyyəli xətalar" olduğunu açıqlayıb.

Kesintidən sonra yarım saat ərzində OpenAI mühəndisləri problemin əsas səbəbini müəyyən edərək, onun aradan qaldırılmasına başlayıblar. Bir saat sonra ChatGPT və API-yə giriş bərpa edilib.

Lakin 20 dəqiqə sonra sistem yenidən qlobal olaraq əlçatmaz olub. OpenAI yenidən "yüksək səhv nisbətləri" ilə qarşılaşdığını və problemi həll etməyə çalışdığını açıqlayıb.

Xatırladaq ki, OpenAI öz xidmətləri ilə bağlı qlobal problemlərlə ilk dəfə qarşılaşmır. 2024-cü ilin dekabr ayının sonunda ChatGPT, OpenAI API və Sora video mətn yaratmaq sistemində xəta baş verib


Xəbər xətti

24 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin