Tramp neft qiymətlərinin aşağı salınmasına nail olmaq istəyir

21:20 - 23 Yanvar 2025

Tramp neft qiymətlərinin aşağı salınmasına nail olmaq istəyir

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı və OPEC-i neft qiymətlərini aşağı salmağa məcbur edəcəyini açıqlayıb.

 

Manset.az xəbər verir ki, Trampın fikrincə, neftin qiymətinin aşağı salınması Ukrayna müharibəsi məsələsində Rusiyaya təzyiq vasitəsidir.

“Neftin qiyməti aşağı düşsə, Rusiya və Ukrayna arasındakı müharibə dərhal başa çatacaq”, - ABŞ Prezidenti Davosda Dünya İqtisadi Forumunun iştirakçıları ilə videobağlantı vasitəsilə danışarkən deyib.

Bundan başqa, o, Səudiyyə Ərəbistanının ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə qoymağa hazır olması barədə xəbərləri də xatırladıb.

Bununla bağlı Tramp əlavə edib ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmandan bu məbləği 1 trilyon dollara çatdırmağı xahiş etmək niyyətindədir.


Xəbər xətti

24 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin