Sabah bu ərazilərdə işıq OLMAYACAQ
24 Yanvar 2025
17:26 - 23 Yanvar 2025
Yanvarın 23-də Bakı vaxtı ilə saat 15:30-da ChatGPT və OpenAI API-də qlobal nasazlıq baş verib, buna görə istifadəçilər saytda çata başlaya bilməyilər və smartfonlardakı proqram sorğuları emal etmək üçün uzun müddət çəkib və xəta göstərib. Xidmətin artıq əlçatmaz olduğu barədə ABŞ, Kanada, Danimarka, Böyük Britaniya və Rusiya da daxil olmaqla, müxtəlif ölkələrdən giriş problemləri barədə məlumat verilib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir
Çoxsaylı şikayətlərdən sonra OpenAI status səhifəsində sistemdə yüksək səviyyəli səhvlər barədə xəbərdarlıq yerləşdirib. Şirkətin mütəxəssisləri düzəliş üzərində işləməyə başlayıblar. Yarım saatdan çox vaxt keçdikdən sonra, Bakı vaxtı ilə saat 16:15 radələrində mütəxəssislər problemi müəyyən ediblər və düzəliş tətbiq etməyə başlayıblar, bundan sonra şikayətlərin sayı azalıb.
Başlanğıcda istifadəçilər hesab edirdilər ki, problem yeni ChatGPT modelini, düşünmə qabiliyyətinə malik o3-mini daxil edəcəyi gözlənilən yeniləmədən əvvəl xidmətin bağlanması ilə bağlıdır. Ancaq uğursuzluğun səbəbinin başqa bir şey olduğu ortaya çıxıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin