Qadınları şantaj edərək onlardan pul alan şəxsə hökm oxundu

17:50 - 23 Yanvar 2025

Qadınları şantaj edərək onlardan pul alan şəxsə hökm oxundu

Qadınları şantaj edərək pul almaqda təqsirləndirilən Daşqın Gəncəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, iş üzrə 3 qadın zərərçəkmiş qismində tanınıb. Daşqın Gəncəliyev məhkəmə istintaqı dövründə ona elan edilən ittihamla təqsirli bilib. O, zərərçəkmişlərə ümumilikdə 3 min manatdan çox maddi ziyan vurub.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 


Xəbər xətti

23 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin