Bunlar da artıq dövlət sirridir - Prezidentdən fərman
23 Yanvar 2025
17:04 - 23 Yanvar 2025
Azərbaycanda iyirmi bir yaşına çatmış vətəndaşlara mülki odlu silah əldə etmək hüququ verilir.
Manset.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Xidməti və mülki silah haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, Azərbaycanda 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mülki silah əldə etmək hüququ var.
Layihəyə əsasən, Azərbaycan Respublikasında 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının odlu silah istisna olmaqla, mülki silah əldə etmək hüququ olacaq, 21 yaşına çatmış vətəndaşlara isə mülki odlu silah əldə etmək hüququ verilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin