Bunlar da artıq dövlət sirridir - Prezidentdən fərman
23 Yanvar 2025
15:55 - 23 Yanvar 2025
Bakıda memarlıq abidəsinə müdaxilə olunub.
Bu barədə Manset.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Dövlət Xidmətinin Bakı Regional İdarəsi yanvarın 9-da Yasamal rayonu, Rostropoviçlər küçəsi, 19 ünvanında yerləşən 5 min 595 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə faktı aşkarlayıb.
Məlumata görə, abidəyə baxış keçirən zaman qanunsuz söküntü işlərinin aparıldığı müəyyən edilib:
"Əraziyə dəvət olunan aidiyyəti dövlət orqanlarının əməkdaşları ilə birgə söküntü işləri dayandırılıb, qanunsuz müdaxilə hallarının aradan qaldırılması ilə bağlı xəbərdarlıq olunub".
Bildirilib ki, buna baxmayaraq yanvarın 19-da qanunsuz söküntü işlərinin yenidən təkrarlandığı aşkar edilib:
"Aşkarlanan fakt üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə birgə qanunsuz görülən işlər dayandırılıb. Abidənin əvvəlki vəziyyətinə qaytarılması üçün tədbirlər davam etdirilir".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin