Bunlar da artıq dövlət sirridir - Prezidentdən fərman
23 Yanvar 2025
15:49 - 23 Yanvar 2025
Xəbər verdiyimiz kimi, müğənni Aysun İsmayılova və vəkil həyat yoldaşı Ramil Vəliyev ayrılıb.
Manset.az xəbər verir ki, Ramilin ayrılıq xəbərini təsdiqləməsinin ardından Aysun da məsələyə münasibət bildirib.
O, açıqlamasında "Ramil Vəliyev mənim övladımın atasıdır. Övladımın gələcəyi var, ona görə ailəmlə bağlı heç nə danışmaq istəmirəm. Susma haqqımı seçirəm! Əziz media nümayəndələri, sevənlərim, dostlarım, hər birinizdən xahiş edirəm mənə ailəmlə bağlı sual ünvanlamayın. Heç kim həyatından, seçimindən, qərarından sığortalanmayıb. Allah nə yazıbsa, onu yaşayırıq" sözlərini bildirib.
Qeyd edək ki, Aysun və Ramil cütlüyünün bir övladı var.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin