İşə gedən gənc müəllimi maşın vurub öldürdü

14:14 - 23 Yanvar 2025

İşə gedən gənc müəllimi maşın vurub öldürdü

Bakıda avtomobil qadını vuraraq öldürüb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 07:40 radələrində Nizami rayonu R.Rüstəmov küçəsində qeydə alınıb.

Belə ki, Şükür Məhərrəmov idarə etdiyi “Tofaş Doğan” markalı avtomobillə yolu keçən 1992-ci il təvəllüdlü Günay Əli qızı Pirizadəni vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, G.Pirizadə P.İsmayılov adına 278 saylı orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi olub. Hadisə müəllim işə gedərkən baş verib.


Xəbər xətti

23 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin