Hikmət Mirzəyevə yeni müavin təyin olundu
23 Yanvar 2025
09:51 - 23 Yanvar 2025
2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının hücumundan sağ çıxan israilli müğənni Yuval Rafael "Eurovision 2025" kastinqində milli seçiminin qalibi olub.
Manset.az xəbər verir ki, bu barədə mahnı müsabiqəsinin saytında məlumat verilib.
Finalda 24 yaşlı Yuval Ceyms Bondun "Spectre" filmindən Sem Smitin "Writing's on the Wall" mahnısını ifa edib. Onun ifadəsi157 bal toplayıb. Müsabiqədə Valeri Xamati 111 xalla ikinci, Moran Axaroni və Red Band 92 xalla üçüncü olub.
Müğənninin sözlərinə görə, o, 7 oktyabr faciəsi ilə bağlı şəxsi hekayəsini musiqi vasitəsilə danışmaq istəyir. Həmin gün o, "Nova" festivalında olmuşdu və burada özünü xilas etmək üçün bomba sığınacağına qaçmağa və özünü ölü kimi göstərməyə məcbur olmuşdu.
Müsabiqədə iştirak etməzdən əvvəl Yuvalın müğənnilik sahəsində peşəkar təcrübəsi olmayıb. O, ilk kastinqindən bir neçə ay əvvəl ilk dəfə ictimaiyyət qarşısında çıxış etməyə başlayıb.
Xatırladaq ki, “Eurovision” mayın 13-dən 17-dək İsveçrədə keçiriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin