Bu yolda sürət həddi ENDİRİLDİ
22 Yanvar 2025
19:45 - 22 Yanvar 2025
Qırğızıstan parlamentinin iclasında deputat Bakıtbek Maripov paytaxtı başqa yerə köçürməyi və Nazirlər Kabinetini orada yerləşdirməyi təklif edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, deputat bu yolla tüstü və tıxac probleminin həll ediləcəyi qənaətindədir.
"İssık-Kul vilayətində Asman şəhəri tikilir. Bu layihəyə 10 milyard dollar investisiya cəlb olunur. Bişkekdən dəmir yolunun köçürülməsi üçün 550 milyon dollar tələb edilir. Dolama yolun tikintisi ilə birlikdə isə 1 milyard dollardan çox vəsait lazımdır", - deputat bildirib.
Maripov hesab edir ki, hökumətin Bişkekdən köçürülməsi nəqliyyatın hərəkəti ilə bağlı problemin həllinə imkan verəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin