Bu yolda sürət həddi ENDİRİLDİ
23 Yanvar 2025
18:50 - 22 Yanvar 2025
Sürətlə dəyişən qlobal mühitdə Azərbaycan rəqəmsal transformasiyanı iqtisadi artımın əsas amili kimi görür və həm yerli, həm də beynəlxalq investisiyalar üçün cəlbedici mühit yaratmaq məqsədilə tədbirlər həyata keçirir.
Manset.az xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun (WEF) “Impact Report: Centre for the Fourth Industrial Revolution Network 2023-2024” adlı hesabatında qeyd olunub.
Hesabatda qeyd olunur ki, Azərbaycanda reallaşdırılan “Digital FDI” layihəsi bir sıra strateji görüşlərlə başlayıb: "Bu çərçivədə Azərbaycanın rəqəmsal iqtisadiyyatında fəaliyyət göstərən yerli və beynəlxalq müəssisələr arasında aparılan sorğular və müsahibələr bazar dinamikası, qarşıda duran çağırışlar və potensial imkanlar haqqında ətraflı məlumat əldə etməyə şərait yaradıb".
Vurğulanır ki, “Digital FDI” təşəbbüsü Azərbaycanın innovasiya və sahibkarlıq mühitinə mühüm təsir göstərir: "Keçirilən seminarlar bilik mübadiləsini təşviq etməklə yanaşı, yerli biznesin qlobal rəqəmsal transformasiya tendensiyalarına uyğunlaşmasına strateji dəstək verib. Şirkət və startaplar rəqəmsal hazırlıq səviyyələrini qiymətləndirmək, inkişaf istiqamətlərini müəyyənləşdirmək və praktik tövsiyələr almaq imkanı qazanıb ki, bu da onların investisiya cəlb etmə və fəaliyyətlərini genişləndirmə potensialını artırıb".
Hesabatda həmçinin “InvesTech” kalkulyatorunun yaradılması qeyd olunur. Bu alət rəqəmsal investisiya mənzərəsi haqqında şəffaf məlumat təqdim edərək, investisiya qərarlarının qəbulunu sadələşdirmək məqsədi daşıyır. “InvesTech” kalkulyatoru layihənin strategiyasının vacib hissəsidir və əlavə xarici investisiyaların cəlb olunmasına şərait yaradır.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun fikirlərinə də hesabatda yer ayrılıb. O vurğulayıb ki, 2024-cü ilin iyun ayında yayımlanan Dünya İqtisadi Forumunun “IDEA: Investing in the Digital Economy of Azerbaijan” təşəbbüsü Azərbaycanın startaplar və innovasiyalar üçün əlverişli mühit yaratmaq sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.
Hesabatda bildirilir ki, xarici investisiyaların cəlb edilməsi, özəl sektorun stimullaşdırılması və rəqəmsallaşmanın inkişafı Azərbaycan üçün sosial-iqtisadi inkişaf baxımından böyük əhəmiyyət kəsb edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin