Məktəblərdə 5 gün dərs OLMAYACAQ
22 Yanvar 2025
15:42 - 22 Yanvar 2025
Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən daha bir ərazidə yerüstü piyada keçidi inşa edilib.
Manset.az xəbər verir ki, yeni yerüstü piyada keçidi M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 262.5-ci km-də tikilib.
Metal konstruksiyalı olan keçidin uzunluğu 46 metr, eni 3.2 metr, yol səviyyəsindən hündürlüyü isə 5.5 metr təşkil edir.
Layihə çərçivəsində keçidin ətrafında abadlaşdırılma işləri aparılıb, yolun hər iki tərəfində avtobus dayanacağı quraşdırılıb.
Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin