"Barselona"-"Benfika" matçından sonra dava düşdü

14:03 - 22 Yanvar 2025

Yanvarın 21-dən 22-nə keçən gecə UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turunun oyunu başa çatıb və Kataloniya “Barselona”sı səfərdə Lissabon “Benfika”sına 5:4 hesabı ilə qalib gəlib. Oyundan sonra tuneldə hər iki komandanın oyunçularının arasında böyük dava düşüb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, polis müdaxilə edərək "Barselona"nın braziliyalı cinah oyunçusu Rafinyanı "Benfika"nın oyunçularından uzaqlaşdırmağa məcbur olub. Braziliyalı onu təhqir etdiyini bildirib.

Xatırladaq ki,matçın gedişində kataloniyalılar iki dəfə iki top fərqi hesabda geri düşüb və ikinci hissənin əlavə vaxtında qələbə topunu vurublar. Rafinyanın özü iki dəfə fərqlənərək matçın ən yaxşı oyunçusu seçilib.


Xəbər xətti

22 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin