Əhalinin banklardakı əmanətinin məbləği açıqlandı

13:26 - 22 Yanvar 2025

Əhalinin banklardakı əmanətinin məbləği açıqlandı

2024-cü il dekabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 29066,8 milyon manat təşkil edib, onun 24277,5 milyon manatı uzunmüddətli kreditlər olub.
 

Manset.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib.

2024-cü il dekabr ayının 1-nə ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2024-cü il dekabr ayının 1-nə 14235,6 milyon manat olub.

2024-cü ildə milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manat təşkil edib. 1 Avro – 1,84 manata, 100 Türk lirəsi – 5,18 manata, 100 Rusiya rublu – 1,84 manata bərabər olub.


Xəbər xətti

22 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin