DİN-dən əhaliyə MÜRACİƏT
22 Yanvar 2025
08:15 - 22 Yanvar 2025
Suriyanın yeni hakimiyyət orqanları 2019-cu ildə Rusiya şirkəti ilə Tartus dəniz limanının idarə edilməsi üzrə investisiya müqaviləsini ləğv edib.
Manset.az xəbər verir ki, bu barədə Suriyanın “Al Watan” qəzetinə Tartus əyalətinin gömrük departamentinin direktoru Riad Cudi məlumat verib.
Onun sözlərinə görə, Suriya keçid hökuməti limanın restrukturizasiyası üzərində işləyir, onun tam fəaliyyətini bərpa etməyə çalışır. Xüsusilə, Suriyanın yeni hakimiyyət orqanları bəzi kateqoriyalı mallar üçün gömrük rüsumlarını 60% azaldıb. Qurum rəsmisi qeyd edib ki, yüksək ödənişlər və logistika xidmətlərinin baha olması səbəbindən dəniz limanı praktiki olaraq fəaliyyət göstərmir.
Qeyd edək ki, 2019-cu ildə Rusiya Baş nazirin müavini Yuri Borisov Rusiya və Suriyanın Tartus limanını 49 il müddətinə “Stroytransgaz”a icarəyə vermək barədə razılığa gəldiyini açıqlayıb. Onun inkişafına 500 milyon dollar sərmayə qoymalı idi. Bu məbləğdən nə qədərinin xərcləndiyi məlum deyil. Suriya səlahiyyətliləri həmçinin limanın gücünün ildə 4 milyon tondan 38 milyon tona yüksələcəyini gözləyirdi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin