"ABŞ Ukrayna münaqişəsinə son qoymaq istəyir" - Rubio

01:37 - 22 Yanvar 2025

Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin davamlı, sülh yolu ilə həllinə nail olmaq niyyətindədir.

 

Manset.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “NBS News” telekanalına müsahibəsində deyib.

"Bu münaqişəyə son qoymaq ABŞ-nin rəsmi siyasəti olacaq və biz buna davamlı və sabit şəkildə nail olmaq üçün əlimizdən gələni edəcəyik. Biz istəmirik ki, bu sabitlik iki, üç və ya dörd ildən sonra yenidən müharibəyə çevrilsin”, - Rubio qeyd edib.


Xəbər xətti

22 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin