Məşhur aktyor koronavirusdan vəfat etdi

15:32 - 20 Noyabr 2021

Məşhur aktyor koronavirusdan vəfat etdi

Rusiyanın Xalq artisti Valeri Qarkalin vəfat edib.

Manşet.az TASS-a istinadən xəbər verir ki, 67 yaşlı aktyor bu gün dünyasını dəyişib.

Qeyd edək ki, koronavirusa yoluxan aktyor oktyabrın 2-də xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, Valeri Borisoviç Qarkalin 11 aprel 1954-cü ildə anadan olub. 1989-cu ildən etibarən filmlərdə rol almağa başlayan aktyor daha çox "Şırlı-mırlı" filmi ilə tanınıb.

Mərhum aktyor həmçinin Vaqif Mustafayevin çəkdiyi "Yoxlama" filmində Rok Məmmədov rolunu ifa edib.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin