Prezidentdən Davos səfəri ilə əlaqədar PAYLAŞIM
22 Yanvar 2025
00:20 - 22 Yanvar 2025
ABŞ Federal Ticarət Komissiyası(FTC) PepsiCo Inc.-ə qarşı iddia qaldırıb.
Manset.az xarici agentliklərə istinadən xəbər verir ki, Komissiya dünyanın ikinci ən böyük qida şirkətini qiymət ayrı-seçkiliyində ittiham edir.
Komissiyanın rəsmi açıqlamasına görə, PepsiCo öz müştərilərindən birinə (böyük pərakəndə satış zənciri) ədalətsiz qiymət üstünlükləri təqdim edib,eyni zamanda rəqabət aparan pərakəndə satış şəbəkələri və müştərilər üçün qiymətləri qaldırıb.
İddiada PepsiCo-nun üstünlük verdiyi müştərinin adı çəkilmir, lakin CNBC bildirir ki, bu, Walmart ola bilər.
FTC iddia edir ki, Pepsi illər boyu ən böyük müştərilərindən biri ilə rəqabət aparan pərakəndə satıcıları həmin müştəriyə verilən üstünlük və imtiyazlardan məhrum edərək zərərli vəziyyətə salıb.
Bildirilir ki, Pepsi-nin ədalətsiz tətbiqləri qiymətlərin bahalaşmasına səbəb olub, pərakəndə satışçılar arasında ədalətli rəqabət imkanlarını məhdudlaşdırıb.
PepsiCo iddiaları rədd edib və məhkəmədə öz mövqeyini müdafiə etmək niyyətindədir: "PepsiCo-nun təcrübələri sənaye normalarına uyğundur və biz müəyyən müştərilərə üstünlük vermirik".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin