DİN rəhbərliyi İmişlidəki qəzada zərərçəkənləri qəbul etdi
22 Yanvar 2025
22:57 - 21 Yanvar 2025
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax yolunun 137-ci kilometrliyi, Hacıqabul rayonu ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Manset.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “DAF” markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, həmçinin yükün təhlükəsiz əraziyə boşaldılması təmin edilib.
Yanğın nəticəsində yük avtomobilinun qoşqusunda olan 21 ton qida məhsulunun 14 tonu yanıb.
Yük avtomobili və qida məhsullarının qalan hissəsi yanğından mühafizə olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin