“Air France” bu tarixdə Təl-Əvivə uçuşları BƏRPA EDƏCƏK

21:40 - 21 Yanvar 2025

“Air France” bu tarixdə Təl-Əvivə uçuşları BƏRPA EDƏCƏK

Fransanın “Air France” aviaşirkəti Qəzza zolağında və Livanın cənubundakı münaqişələr səbəbindən aylarla davam edən fasilədən sonra Təl-Əviv və Beyruta uçuşlar həyata keçirəcək.

 

Manset.az xarici media-ya istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

“2025-ci il yanvarın 25-dən etibarən Təl-Əvivə həftədə beş reys olmaqla uçuşlar bərpa olunacaq. “Air France” həmçinin Paris və Beyrut arasında uçuşların bərpası üçün mümkün olan hər şeyi edir”, - məlumatda deyilir.

Şirkət Livana uçuşların bərpası üzrə konkret tarixlər açıqlamayıb və bunu yaxın günlərdə edəcəyinə söz verib.


Xəbər xətti

22 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin