DİN rəhbərliyi İmişlidəki qəzada zərərçəkənləri qəbul etdi
22 Yanvar 2025
21:25 - 21 Yanvar 2025
Ukrayna öz sülh strategiyasının bir hissəsi kimi müharibəni bitirməyə kömək edəcək diplomatik vəziyyətə yaxınlaşmaq istəyir.
Manset.az RBK Ukraina-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışında deyib.
O, bildirib ki, rəsmi Kiyev müharibənin sonunu gətirə biləcək diplomatiyaya yaxınlaşmalıdır: "Bunun necə olacağı sualdır”.
"Diplomatiya güclü olarsa, Rusiyanın təkrar hücumunun qarşısını almaq mümkün olacaq. Beləliklə, Ukrayna güclü təhlükəsizlik zəmanəti alacaq. Güclü diplomatiya həm də Ukrayna və Avropa üçün davamlı, ədalətli və güclü sülhə gətirib çıxaracaq", - Ukrayna lideri əlavə edib.
O, təhlükəsizlik zəmanətlərinin Ukrayna üçün vacibliyini vurğulayıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. ABŞ Prezidenti Donald Tramp müharibəni bu il bitirmək üçün çalışacağını deyib. Zelenski isə daha əvvəl söyləyib ki, müharibənin bu il başa çatması üçün mümkün olan hər şeyi edəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin