Türkiyədəki yanğında ölənlərin sayı 76 nəfərə çatıb - YENİLƏNİB

23:15 - 21 Yanvar 2025

Türkiyədəki yanğında ölənlərin sayı 76 nəfərə çatıb - YENİLƏNİB

Türkiyədə Bolu bölgəsində yerləşən Kartalkaya xizəkçilik mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 76-ya çatıb.

 

Manset.az NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Nazirin sözlərinə görə, yanğınla əlaqədar 9 nəfərin saxlanılıb.

***

17:06

 

Türkiyənin Bolu vilayətində faciə baş verib - Grand Kartal otelində baş verən yanğın 66 nəfərin həyatına son qoyub, daha 51 nəfərin yaralanmasına səbəb olub.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Hadisə Koroğlu dağlarının zirvəsində yerləşən Kartalkaya dağ-xizək kurortunda baş verib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan faciəyə belə cavab verib: “Təəssüf ki, bu səhər Boluda Kartalkayadan çox üzücü xəbər aldıq. Yanğından dərhal sonra lazımi işləri əlaqələndirmək üçün daxili işlər, səhiyyə, əmək və sosial təminat, mədəniyyət və turizm nazirlərini göndərdik”.

Səhiyyə nazirinin sözlərinə görə, 51 yaralıdan biri reanimasiyadadır, 17-si artıq xəstəxanadan buraxılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, bəzi sakinlər 12 mərtəbəli binanın pəncərələrindən döşəkağıları bir-birinə bağlayıb aşağı tullanmağa qaçmağa çalışıblar.

Yanğının söndürülməsində 8 əyalətdən yanğınsöndürmə qrupları iştirak edib. Əməliyyat 10 saata yaxın davam edib. Faciənin səbəblərini araşdırmaq üçün altı prokuror və beş nəfərdən ibarət ekspert komissiyası təşkil edilib.

Bolu'da otel yangınında hayatını kaybedenlerin sayısı 66'ya yükseldi

Bolu'da otel yangınında hayatını kaybedenlerin sayısı 66'ya yükseldi

Bolu'da otel yangınında hayatını kaybedenlerin sayısı 66'ya yükseldi

Bolu'da otel yangınında hayatını kaybedenlerin sayısı 66'ya yükseldi

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Xəbər xətti

22 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin